Qəzzafinin ailəsi sığınacaq aldı - FOTO

26 Mart 2013 10:53
Milli.Az Al Shabiba-ya istinadən bildirir ki, mərhum diktatorun dul xanımı Safiya, qızı Aişə, oğulları Hannibal Məhəmmədə Omanın diplomatik pasportları verilib. Habelə onlar dövlət hesabına "zəruri hər şeylə" təmin olunublar.

Oman XİN-dəki mənbənin dediyinə görə, Qəzzafinin ailəsi Əlcəzairdən Omana hələ 2012-ci ilin oktyabrında gedib.
"Omanın hakimiyyət dairələri uzun müddət susdular. Çünki onlar qərarları ilə qürrələnmək istəmirdilər. Üstəlik, ölkənin beynəlxalq arenadakı siyasəti bunu tələb edirdi", - mənbə deyib.

Qəzzafinin ailəsinin Omanda yaşaması Liviyanın hakimiyyət dairələri ilə razılaşdırılıb. Onlara sığınacaq o şərtlə verilib ki, siyasətlə məşğul olmasınlar və jurnalistlərlə əlaqə yaratmasınlar.

The Guardian isə bildirir ki, Liviyanın hakimiyyət dairələri Qəzzafinin ailəsinin harada olduğunu bilmirdilər. Rəsmi Tripoli mərhum diktatorun dul xanımı və üç övladını İnterpol xətti ilə axtarışda elan edib.

2011-ci ilədək BMT-nin xoşməramlı səfiri olmuş Aişə Qəzzafinin israilli vəkili bildirib ki, onun müştərisi atasının qətlinin araşdırılması tələbi ilə Beynəlxalq Haaqa Tribunalına müraciət etmək niyyətindədir.

Müəmmər Qəzzafinin ilk arvadı Safiyə qızı və iki oğlu ilə birlidə 2011-ci ilin avqustunda Liviyadan Əlcəzairə qaçmışdı.
Tripolinin bombardmanları zamanı Qəzzafinin qızı Aişənin əri və iki oğlu həlak olub.

Britaniya şahzadəsi Çarlz və onun xanımı Kamilla bu ay Omanda rəsmi səfərdə olublar. Onlar Oman sultanının qonaqları idilər.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.













Fotolar: AFP, Getty İmages, Rex Features, Reuters