Mali ordusu islamçıların Qao şəhərinə hücumunu dəf edib

24 Mart 2013 20:18
APA-nın "BBC"yə istinadən verdiyi xəbərə görə, ölən və yaralananlar barədə hələlik məlumat verilmir.

Yaraqlıların şəhərə daxil olması barədə xəbəri hərbçilərə yerli sakinlər verib, bundan dərhal sonra atışma başlayıb.

Qao şəhərinin meri "Assoşieyted Press" agentliyinə bildirib ki, islamçılar gün ərzində iki dəfə müxtəlif istiqamətlərdən şəhərə soxulmağa cəhd göstərib, lakin hər dəfə onların həmləsi dəf edilib.

Yanvarın sonlarında Fransa və Mali qoşunları şəhəri nəzarətə alıb. O vaxtadək (keçən ilin aprelindən) şəhər islamçıların və üsyançı tuareqlərin dayaq nöqtəsi olub. 

Milli.Az