Türkiyə millisinə sürpriz rəqib

22 Mart 2013 19:38
DÇ-2014-ün seçmə mərhələsində Türkiyə yığmasının rəqibi olan Andorra millisinin futbolçusu Edu Peppeylə bağlı maraqlı fakt ortaya çıxıb.

Qol.Az-ın "Anadolu" agentliyinə istinadən yaydığı xəbərə görə, Edu Peppenin hazırda Türkiyə millisinin Andorrada qaldığı "Andorra Park" otelində... ofisiant işlədiyi məlum olub. Uruqvay əsilli E.Peppenin ötən il evlənərək Andorra vətəndaşlığı aldığı və bu ölkənin milli komandasının heyətinə cəlb olunduğu bildirilir.

Qeyd edək ki, Andorra millisinin heyətində cəmi bir peşəkar oyunçu - Mark Vasel oynayır.

Milli.Az