Messi: ""Barselona"dakı uğurları..."
22 Mart 2013 00:15
"Barselona"nın futbolçusu Lionel Messi Argentina milli komandasının bu həftə dünya çempionatının seçmə mərhələsində oynayacağı matçlar öncəsi açıqlamalar verib.
Qol.Az-ın Argentina mətbuatına istinadən yaydığı xəbər görə, futbolçu öncə DÇ-də rəqibləri olan Venesuela yığma komandası haqqında danışıb: "Rəqib topa sahib olduqda nə edəcəyini bilən komandadır. Heyətlərində güclü futbolçular var. Buna görə də hücumda oynamalı, topa çox sahib olmalıyıq".
"Barselona" ilə bir çox çempionluq qazanmaqdan qürür duyduğunu deyən hücumçu artıq eyni uğurları milli komanda ilə də yaşamaq istədiyini bildirib.
Milli.Az