BVF-in başçısının evinə basqın edildi

20 Mart 2013 19:00
Fransa polisi bu gün Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristin Laqardın evinə basqın edib.

Milli.Az Habertürk-ə istinadən bildirir ki, Fransa telekanalları buna Adidas-ın Credit Lyonnais bankına satışı ilə bağlı məhkəmə prosesində Laqardın vəzifəsindən sui-istifadə etməsinin səbəb olduğunu deyirlər. 

Fransanın keçmiş maliyyə naziri Laqardın vəkili İv Repike isə müştərisinin gizlədəcək heç bir şeyi olmadığını, üstəlik, Laqardın indiyədək iddialarla bağlı məhkəməyə ifadə verməyə çağırılmadığını deyib.

Milli.Az