Deputat 7 yaşlı uşağı öldürdü
19 Mart 2013 10:22
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə martın 15-də Simferopol şəhərinin Qoqol və Adjimuşkaya küçələrinin kəsişməsində baş verib.
"Skoda Octavia" markalı avtomobilini idarə edərkən deputat Viktor Maulin yolu keçən azyaşlını vurub.
Deputat iddia edir ki, hadisə baş verən zaman sürət həddini aşmayıb. Uşaqla anası gözlənilmədən yolun hərəkət hissəsinə çıxıblar.
Günahının sübuta yetiriləcəyi təqdirdə deputatı 8 il müddətində azadlıqdan məhrum etmə cəzası gözləyir.
Milli.Az