"Petkim"in layihələrinə patent verildi

18 Mart 2013 20:43
"Petkim" Neft-Kimya Holdinqinin Ar-Ge və Teknoloji Müdürlüyü beş il davam edən səylər nəticəsində üç layihə üçün Türkiyə Patent İnstitutundan (TPE) faydalı model və patent vəsiqəsi alıb. Bu barədə Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir.

"Petkim Yaşam" jurnalının məlumatına görə, AR-Ge və Teknoloji Müdürlüyünün rəhbəri Ayhan Ezdeşır, mühəndislər Füsun Güner Başak Tuncer tərəfindən hazırlanmış və TPE-nin müvafiq patentinə layiq görülmüş "Etilen dixlorid istehsalında tıxanmanın qarşısının alınması", "Distillə kolonu sistemi" və "Aşılanmış poliolefin əsaslı emulsiya istehsalı prosesi" layihələri istehsalatda xərclərin azaldılması və məhsuldarlığın artırılması məqsədlərini daşıyır.

Milli.Az