İranda iki yeni kimya müəssisəsi istismara verilib
28 İyul 2010 13:46
İran Prezidenti Mahmud Əhmədinejad bu gün səhər Buşəhr əyalətinin Usloviyyə şəhərində - Cənub Pars iqtisadi-enerji regionunda yerləşən "Mirvarid" və "Pərdis" neft-kimya zavodlarının açılış mərasimində iştirak edib.
Bu barədə İranın İRNA xəbər agentliyi məlumat verir.
"Pərdis" neft-kimya zavodunun ikinci fazasının açılışı ilə İran ildə 1 milyon 75 min ton kimyəvi kükürd, 680 min ton ammonyak istehsaletmə potensialına malikdir. "Mirvarid" zavodu isə ildə 500 min ton etilen istehsal edəcək.
"Pərdis" neft-kimya zavodunun ikinci fazasının tikintisi 2004-cü ildən başlayıb. Bu fazanın tikintisi üçün 450 milyon dollar sərmayə yatırılıb, zavodun ikinci fazasının işləməsi ilə ildə 280 milyon dollar gəlir əldə olunacaq.
"Mirvarid" zavodunun tikintisinə 2006-cı ildə başlanılıb. Zavodun tikintisinə 456 milyon dollar sərmayə yatırılıb və zavodun işə başlamasından sonra, ildə 270 milyon dollar gəlir əldə olunacaq.
/Trend/