Vatikan Papa ilə bağlı ittihamlara cavab verdi
16 Mart 2013 10:50
Rəsmi Vatikan Roma Papası Françiskoya qarşı sürülən ittihamları anti-klerik qüvvələrin böhtanı adlandırıb.
Milli.Az Anspress-ə istinadən xəbər verir ki, bu barədə açıqlama verən Vatikan rəhbərliyinin sözçüsü Rev Federiko Lombardini Papa Françiskonun satqın olması ilə bağlı istənilən iddianın əsassız olduğunu bildirib.
Onun sözlərinə görə, Argentinada 1976-83-cü illərdə baş vermiş hərbi çevriliş zamanı deyilənlərin əksinə olaraq, Berqoliyo onlarla adamın müdafiə olunmasında iştrak edib.
Qeyd edək ki, iddialara görə, Papa Françisko hərbi çevriliş zamanı təqib olunan iki keşişi müdafiə etməyib və onların üsyançıların əlinə düşməsinə imkan verərək satqınlıq edib.
"Hərbi çevriliş zamanı Berqoliyo heç yepiskop da deyildi. Bununla belə o, onlarla insanın müdafiəsinə qalxıb. Berqoliyoya qarşı səsləndirilən ittihamların tarixi uzaq keçmişə söykənir. Bütün bu ittihamlar Papanı nüfuzdan salmaq məqsədi güdür. Papanın hərbi diktaturaya qarşı çıxışlarını sübut edən sənədlər var. Argentinanın məhkəmə sistemi heç bir zaman ona qarşı ittihamlar səsləndirməyib", - deyə Lombardi sözlərini ifadə edib.
Milli.Az