İran Oman ilə birgə təlimlər keçirəcək

15 Mart 2013 17:30
Bu barədə Trend cümə günü "CHN Press" agentliyinə istinadən məlumat verir.

İran Hərbi Dəniz Donanmasının baş komandanı, kontr-admiral Həbibullah Səyyari deyib ki, birgə təlimlər axtarış-xilasetmə əməliyyatlarının keçirilməsinə istiqamətlənəcək.

Səyyari, həmçinin bildirib ki, İranın hərbi dəniz qüvvələri ilk dəfə olaraq Sakit okeanda ekvator xəttini keçəcək.

Milli.Az