Azərbaycanda avtobusla avtomobil toqquşdu, ölənlər var

15 Mart 2013 13:03
DİN-in mətbuat xidmətindən Trend-ə daxil olan məlumatına görə, martın 14-də saat 20.30 radələrində Şəmkir rayonunun Kür qəsəbəsi ərazisində, rayon sakinləri Rəhim Səfərovun idarə etdiyi "İkarus" markalı avtobusla Ayxan Abbasovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşın toqquşub.

Nəticədə A.Abbasov hadisə yerində, xəsarətlə xəstəxanaya yerləşdirilmiş sərnişini Samir Cəfərov isə orada ölüblər.

Milli.Az