Mətbəx sirləri: Qırmabadam
18 Mart 2013 07:00
Tərkibi:
85 q düyü unu
650 q şəkər tozu
280 q fındıq ləpəsi
35 q yumurta ağı
1 q limon turşusu
2 q keşniş toxumu
Şəkər tozunu suda qaynadın, limon turşusu əlavə edib tərkibində 5-6% su qalanadək bişirin. Bişmiş karamel kütləsini çala-çala soyudun. İstiliyi 50-60 dərəcə C olanda üzərinə yumurta ağı əlavə edib çalmağı sürətləndirin. Çalınmış kütləyə xırdalanmış fındıq ləpəsi və keşniş toxumu qarışdırın. 8-10 mm qalınlıqda 10x15 sm ölçüdə forma verin. Üzərinə qovrulmuş düyü unu səpin.
Foto: Hüseyn Hüseynzadə
Nuş olsun!
Milli.Az