Mətbəx sirləri: İsfahan halvası
16 Mart 2013 07:00
Tərkibi:
50 q buğda unu
30 q qoz
30 q şəkər
0,05 q zəfəran
0,5 q darçın
10 ml qızılgül suyu
Şəkərdən şərbət düzəldin, soyudun, içinə zəfəran və gülab qatın.
Buğdanı qovurub maşından keçirin. Qozu qabıqdan təmizləyin, ədviyyat və qovrulmuş unla qarışdırın. Şərbət tökün. Alınan kütlədən girdə, yastı kündələr düzəldib üstünə qoz ləpəsi basın, ya da torşəkilli naxış vurun.
Foto: Hüseyn Hüseynzadə
Nuş olsun!
Milli.Az