Rumıniya Prezidenti "Nabucco" konsorsiumu ilə imzalanmış sazişi təsdiq edib

14 Mart 2013 15:24
Rumıniya Prezidenti Trayan Basesku ölkəsinin "Nabucco Gas Pipeline International GmbH" və Rumıniyanı "Nabucco" konsorsiumunda təmsil edən şirkət arasında imzalanmış sazişi təsdiq edib. Trend-in məlumatına görə, bu barədə "Nabucco" konsorsiumunun yaydığı məlumatda deyilir.

"Nabucco Gas Pipeline International GmbH" şirkətinin idarəçi direktoru Reynhard Mitçekin sözlərinə görə, konsorsium Rumıniyanın "Nabucco" boru kəmərini yenidən dəstəkləməsini alqışlayır.

"Bu, "Nabucco" qaz kəmərinin inkişaf mərhələlərini əks etdirən irəliyə daha bir vacib addımdır. "Nabucco" enerji daşıyıcılarının Avropaya tədarükünün şaxələndirilməsi və təhlükəsizliyini təmin etməyə imkan verəcək.

"Nabucco Gas Pipeline International GmbH" şirkətinin maliyyə direktoru Frank Zibert bildirib ki, qaz kəməri layihəsi bütün maraqlı tərəflər üçün əlverişli ssenaridir.

Milli.Az