Bu dəfə JP Morgan Chase...

13 Mart 2013 20:15
www.chase.com saytına daxil olmaq istədikdə aşağıdakı məzmunda xəbər göstərilirdi:

"Təəssüf ki, veb-saytımız müvəqqəti olaraq əlçatmazdır, lakin mobil tətbiqlərimiz işləyir. Zəhmət olmasa, bir qədər sonra yenidən cəhd edin".

Milli.Az ICTnews-a istinadən bildirir ki, bankın nümayəndəsi Maykl Fuskonun sözlərinə görə, veb-sayta DDoS hücum həyata keçirilmişdi.

Qeyd edək ki, bu hücum kompüter serverlərini müvəqqəti olaraq sıradan çıxarır. Hələ ki tanınmış haker qruplaşmalarından heç biri kiberhücuma görə məsuliyyəti öz üzərinə götürməyib. Artıq veb-sayt öz fəaliyyətini bərpa edib.

Milli.Az