"Fitch" ARDNŞ-nin istiqrazlarının buraxılışına reytinq verib
13 Mart 2013 14:17
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) dollarda prioritet, təmin edilməmiş istiqrazlarının buraxılışına xarici valyutada təmin edilməmiş "BBB-" reytinqi verib.
Trend-in məlumatına görə, bu barədə çərşənbə günü agentliyin yaydığı məlumatda deyilir.
ARDNŞ istiqrazları baş şirkət səviyyəsində buraxıb. Emissiya prospektinə xalis gəlirin bölüşdürülməsini məhdudlaşdıran kovenantlar, əsas aktivlərin satışı, təmərküzləşmə, kross-defolt ilə bağlı təminat və vəziyyət formasında aktivlərin təqdim edilməsi daxildir.
Baxmayaraq ki, 2011-ci il iyunun 30-na şirkətlər qrupunun borcunun (vəzifəsinin) yarısından çoxu törəmə şirkətlərinin səviyyəsində olub, gəlirlərin aşağı ölçüsünü nəzərə alaraq, filial şəklində subordinasiya strukturu olan birləşmiş şirkətlər kimi "Fitch" hazırda prioritetli, təmin edilməmiş kreditorlara qrup səviyyəsində baxmır.
Bundan başqa, "Fitch" Azərbaycanda törəmə şirkətlərin borcunun sahibləri üçün aktivlərin qaytarılmasının güclü perspektivlərini görmür və ləğvin ssenarisi zamanı başqa prioritetli, təmin edilməmiş kreditorlarda təsir etmək üçün xarici törəmə strukturları səviyyəsində aktivlərin qaytarılmasının kifayət qədər əhəmiyyətli olacağını gözləmir.
"Fitch" ARDNŞ-nin biznes və maliyyə göstəricilərini sərbəst əsasda müvafiq "BB" reytin kateqoriyası kimi nəzərdən keçirir.
"Fitch" ARDNŞ-nin 2011-ci ildə "Şahdəniz" yatağının ikinci mərhələsi üzrə sazişin imzalanmsı faktını müsbət nəzərdən keçirir.
"Fitch"in proqnozlarına görə, FFO üzrə korrektə edilmiş leverec 2012-ci ildə 2x-dən aşağı olacaq, 2013-cü ildə isə 2x-ni ötməyəcək. Leverec hələ də reytinqin mövcud səviyyəsi üçün münasibdir.
Milli.Az