Blackberry-nin halına ağlayan gərək...
13 Mart 2013 17:25
Milli.Az Gizmodo-a istinadən bildirir ki, Lenovo-nun baş icraçı direktoru Yan Yuanqin Frananın Les Echo qəzetinə verdiyi müsahibəsində belə deyib.
"Bu şirkəti satın almağımız məntiqli addım olardı. Lakin tələsmək niyyətində deyilik. Əvvəlcə bazardakı konyukturu yaxşı araşdırmaq, sonra Blackberry-ni dəqiq qiymətləndirmək gərəkdir", - Yuanqin deyib.
Əvvəlki adı Research in Motion (RİM) olan Blackberry korporasiyası, əsasən, Blackberry smartfonları ilə tanınır. Korporasiya son vaxtlar çox pis vəziyyətdədir. Apple-in iOS əməliyyat sistemi ilə Android əsasında çalışan smartfonlar Blackberry-ni faktiki olaraq müflis edib.
Milli.Az