500 milyona yaxınlaşdılar

29 Mart 2015 23:53
Ovum analitik şirkətinin məlumatına görə, 2014-cü ilin sonuna dünyada dördüncü nəsil rabitə şəbəkəsinə (4G) qoşulmaların sayı 500 milyona çatıb.

Bu işdə daha böyük töhfəni Şimali Amerika verir. Belə ki, 2014-cü ilin sonunda 4G şəbəkəsinə qoşulmaların 33 faizi və ya ümumi 498 milyonun 164 milyonu bu regionun payına düşüb. Lakin ötən il ərzində yeni LTE abunəçilərinin sayına görə Şimali Amerika Asiya-Sakit okean regionundan çox geri qalıb. Regionların göstəricisi müvafiq olaraq 64 və 152 milyon təşkil edib. 2014-cü ildə Qərbi Avropada qlobal abunəçi bazası 141 faiz - 50 milyon istifadəçiyədək artıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Mobil Avadanlıq İstehsalçıları Assosiasiyası ekspertlərinin fikrincə, 2015-ci ilin sonunadək dünyada 450 LTE operatoru fəaliyyət göstərəcək.

Bir müddət əvvəl OpenSignal şirkətinin məlumatına görə, dünyada ən sürətli LTE interneti sürəti 18 Mbit/saniyə təşkil edən Cənubi Koreyada qurulub.

Milli.Az