Əvəz Zeynallıya hökm oxundu
12 Mart 2013 12:06
"Xural" qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı barəsində olan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
APA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində Ə.Zeynallıya hökm oxunub. Məhkəmənin hökmü ilə Ə.Zeynallı 9 il müddətinə azadlıqdan məhrum edilib.
Ə.Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə ittiham olunur.
Milli.Az