Hyundai flaqmanını göstərdi - FOTO

11 Mart 2013 20:47
Equus daha müasir və ciddi görünüş və yeni multimedia sistemi əldə edib, lakin modelin texniki göstəriciləri dəyişməyib.

Milli.Az 4charx-a istinadən bildirir ki, yenilənmiş Equus yeni radiator barmaqlığı, fərqli ön optika, işıq-diod arxa fənərlər və fərqli yan güzgülərlə seçilir. Eksteryerin tərtibatında xromdan nisbətən az istifadə edilib, təchizat siyahısında isə yeni dizaynlı yüngül lehimli disklər peyda olub.

Salonda yeni analoq saat, fərqli dəyişdiricilər və düymələr, həmçinin ağac tərtibat və ikiqat tikişli dəri kürsülər diqqəti çəkir. Təchizata ön şüşədə sürətin və naviqasiya göstəricilərinin əks olunması, görünməyən zonalara nəzarət sistemi və Kia Quoris modelində olduğu kimi mərkəzi konsolda yeni monitor daxil edilib.

Mühərrik sistemi dəyişməyib. 3,8 litrlik V6 mühərrik 290 a.g., 4,6 litrlik isə 373 a.g. hasil edir. Hər iki mühərrik səkkiz pilləli avtomat transmissiya ilə çalışır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.