Aplle Flash-i öldürəcək
11 Mart 2013 18:09
Yeni təhlükəsizlik yenilənməsinə görə, Apple-ın Safari brauzeri istifadəçilərinin yenilənməmiş Adobe Flash proqram təminatından istifadə etməsi əngəllənəcək.
Milli.Az ICTnews-a istindən bildirir ki, keçən həftənin sonlarında Apple tərəfindən yayımlanmış bu yenilənmə Adobe-un hakerlər tərəfindən istismar edilən iki Flash Player boşluğunu qapadığı eyni həftədə buraxılmışdır.
Bu yenilənmə fevral ayının əvvəlində buraxılan başqa bir Flash yenilənməsi ilə də əlaqəlidir, bu boşluq istifadəçilər Mac əməliyyat sistemindən Firefox və ya Safari ilə bədniyyətli veb-saytlara baş çəkdikdə kompüterləri yoluxdurmaq üçün istifadə edilir.
Populyar Adobe proqram təminatına qarşı tez-tez istifadə edilən eksploytlara cavab olaraq Apple-ın təqdim etdiyi təhlükəsizlik vasitəsi Safari istifadəçilərinə Flash-ı daim yeniləməkdən savayı bir seçim vermir.
Apple bildirir ki, Safari-də Flash kontentinə baxmağa cəhd etdikdə Blocked Plug-in bildirişini görə bilərsiniz. Safari istifadəçiləri buradan Flash-ın ən son versiyasını yükləyə biləcəklər. Apple-ın Flash üçün təhlükəsizlik yenilənməsi Mac OS X 10.6, OS X Lion və OS X Mountain Lion istifadəçilərinə təsir edir.
Milli.Az