Google danışan krossovkalar hazırladı - VİDEO - FOTO
11 Mart 2013 14:32
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu krossvkalar öz sahibinə səslənərək idmanla məşğul olmağa və ya sadəcə hərəkət etməyə çağırır.
Krossovkaları Adidas firması istehsal edib, Google isə özünün əlavələrini edib. Bu krossovkalara akselerometr, giroskop və təzyiq sensorları əlavə olunub. Sensorlar krossovka sahibinin hərəkətlərini izləyir.
Krossovkanın dilciyində dinamik yerləşdirilib. Bu dinamik səs komandaları verir. Bütün sistemi isə Arduino platası idarə edir.
Krossovkalar öz sahiblərini ruhlandırmağa xidmət edir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.





