Azarkeşlər stadionu qana boyadılar

11 Mart 2013 12:33
Sportliqa.Az  xəbər verir ki, Bolqarıstan çempionatında "Botev" (Plovdiv) və "Levski" (Sofiya) komandaları arasında keçirilən qarşılaşma zamanı baş vermiş toqquşmalarda 10 azarkeş xəsarət alıb.

Yaralananların çoxu ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. İki nəfər xəstəxanaya yerləşdirilib. Polis 3 nəfəri asayişi pozduqlarına görə saxlayıb. Bəzi KİV-lər 20-dək saxlanılanlar barədə xəbər verir.

Qeyd edək ki, Plovdivdə baş tutmuş matçda 2:0 hesabı ilə ev sahibləri qələbə qazanıblar. Son 16 ildə "Botev" ilk dəfədir ki, "Levski" komandası üzərində qələbə qazanıb.

Milli.Az