Latviyada kimya zavodu yandı
11 Mart 2013 11:53
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, yanğın Olayne şəhərindəki müəssisədə baş verib. 3 min kvadrat metr sahəsi olan 3-mərtəbəli müəssisənin yanması nəticəsində 5 nəfər xəsarət alıb.
Ötən gecə baş verən yanğını səhərə yaxın lokallaşdırmaq mümkün olub. Yanğınsöndürmə prosesi hələ bir müddət davam edə bilər.
Bu zavod Baltikyanı ölkələrdə yerləşən ən böyük kimya komplekslərindən biridir. Bu müəssisədə orqanik sintez aparılır, lak, boyaq maddələri və digər məmulatlar istehsal olunur.
Milli.Az