Günün qoroskopu: hisslər burulğan, həyəcan partlayış olarsa...

17 Mart 2013 00:01
Qoç - Venera və Makemake yeniliklər vəd edir. Energetika səviyyəsinin aşağı düşməsi sizi təlaşlandırmasın.

Az sonra adi tonus və aktivliyiniz bərpa olunacaq. Hələliksə axınla irəliləyin, ətrafınızdakı insanlara planlarınz və niyyətlərinizdən danışmayın. Tək çalışmaqda fayda var.

Yardım istəsələr, kömək edin. Lakin minnətdarlıq gözləməyin, çünki siz istədiyiniz formada minnətdarlıq olmayacaq. Ətrafdakı insanların davranışlarının motivləri dəyişkən, emosiyaların təsiri altındadır.

Danışıq və reaksiyalarda dəqiqliklə müəyyənlik gözləməyin.
Sevdiyiniz insanın sizi dərhal anlayacağı şübhə doğurmasın.

Buğa - Yer və Haumeanın münasibətləri batininizdəki fleqmatik ruhu gücləndirəcək. İdeya və ya işlə məşğul olun. Bir qədər keçəndən sonra energetikanın artımını, yüksək effektivliyi, ideyanı həyata keçirmək istəyini, tam məhsuldarlığı hiss edəcəksiniz.

Sizinlə eyni işi görən insanlarla çalışmaq yaxşıdır. İnformasiya mübadiləsi, xəbərlərin paylaşılması, cari məsələlərin həlli üçün yaxşı gündür.

Şəxsi münasibətlərdə problemlər olmayacaq. Uzun-uzadı söhbətlərə dalmayın. Lazım olan hər şeyi izafi səylər olmadan öyrənə biləcəksiniz.

Əsas məsələ mövcud şəraitə uyğunlaşmaq, ətrafdakı insanlarla davranmağın ən yaxşı üsulunu tapmaq, onların hisslərini duymaq, ideyalarını anlamaqdır.
Narahat olmayın, bütün bunlar çətin deyil.

Əkizlər
- Pluton və Marsın münasibətləri bir neçə mühüm məsələdə yeniliklər vəd edir. Bu hadisələr sizin dəyişikliklər mərhələsinə qədəm qoyduğunuzu göstərir.

Qıcıqlı, sinirli, ifrat tələbkar olmayın. Vacib məsələnin detalları aydınlaşmır, qeyri-müəyyənlik isə qalır və sizi narahat edir.

İşlərin çoxluğundan stress keçirərək nəyisə çatdırmamaq narahatlığının yaranmaması üçün stress keçirməyin. İşgüzar maraq çərçivəsində gərəkli insanı yola gətirə bilərsiniz. İşgüzar fəaliyyətə maksimum diqqət ayırın.

Şəxsi münasibətlərdə dəyişikliklərə rəvac verməyin, onları sürətləndirməyin. Əks təqdirdə anlaşılmazlıqla qarşılaşa bilərsiniz.

Xərçəng - Ay və Pasifenin münasibətləri yeni məzmun, forma və ahəngdə gün vəd edir. Emosiyalar işlərin gedişatını müəyyənləşdirə bilər.

Ümumi perspektivlərin sizi birləşdirdiyi insanlarla yeni məlumat və sifarişlər arayın.  Maraqlı informasiya ala bilərsiniz.
Köhnəlmiş hisslər, yararsız fikirlər, mənasız istəklərdən qurtulun, gərəksiz adamlarla əlaqələri kəsin.

Şəxsi həyatda emosiyalar və xəyallar partlayışı olacaq, bu da münasibətlərə əlavə təkan verəcək.

Konkret məsələlərin həllində aktiv olun. Gözləyə bilməyəcək işləri həll edin, nəyisə yarımçıq qoymaqla müşkülün çözüldüyünü düşünməyin.

Şir - Avropa və Titanın münasibətləri təmasların yeni səviyyəsini vəd edir.
Şəxsi münasibətlərlə yanaşı, işdə mühüm mövzular yaranır.

Açıq sözlər və etiraflar gözləməyin, çünki çox məqam, onsuz da, aşkarlanacaq. Münasibətlərin romantik yönlərinə aludə olmayın.

Daha çox maliyyə məsələlərinə diqqət ayırın. İş yoldaşları, şərik və ya tərəfdaşla daha aktiv çalışın.

Latent durumda olmuş mövzular indi aşkar şəkildə izhar olacaq. Hər şeyi anlayacaqsınız.
Qənaətcil olun. İki həftədən sonra sizi böyük xərclər gözləyir. Xəbərləri diqqətlə izləyin. Bu gün sizi maraqlı insanla tanışlıq gözləyir.

Qız - Leda və Enseladın münasibətləri münaqişəli gün vəd edir. Ayrılma, imtina, hansısa kənar qüvvə, önəmli fiqur və ya şərtlərlə toqquşma baş verə bilər.

Planları ciddi şəkildə poza biləcək, sizi arzuladığınız nəsnədən boyun qaçırmağa vadar edəcək olay yaşana bilər. Yaşam xırdalıqları əhvalınızı pozmasın deyə məhz detallara, ştrix və nüanslara diqqət yetirin.

Sizi yalnız hisslər yox, münasibətləri zahiri, formal yönlərinin də önəmli olduğu mövzuda dönüş anı gözləyir.
Önəmli təmaslarda müəyyənliyə nail olmaq imkanlarından imtina etməyin.

Qarşılıqlı əlaqə və münasibətlərin mübhəm yönlərini qulaqardına vurmayın. Axı mühüm informasiya həmişə sözlə deyilmir.

Ailə üzvlərinə, sevdiyiniz insana daha çox qayğı göstərin.

Tərəzi - Deymos  və Fobosun münasibətləri fəaliyyətlə maraqların yeni istiqamətini vəd edir. Energetik baxımdan tükənmiş məsələdən qurtulun.

Əks təqdirdə problem aktivliyinizə mənfi təsir göstərəcək. Gələcəyə istiqamətlənin, planlarınızı götür-qoy edin. Sınaqlar və daxili dəyərləndirmələrdən sonra şəxsi munasibətlər fəallaşacaq, yeni çalarlar əxz edəcək.

Yeni təəssüratlar, tanışlıqlara tələbat yaranacaq. Amma ehtiyatlı olun - sizi o qədər də xoş olmayan sürprizlər gözləyə bilər.

Xüsusilə də qətiyyətli və inadlı şəkildə fəaliyyətə başlasanız, işlər ciddiləşə bilər.
Axşam saatlarında xoş işlərlə məşğul olun.

İnternetdə məlumat axtarışı, yazışma maraqlı nəticələr verə bilər. Təmir işləri, kompüterin apqreydi, böyük fiziki yük bu gün məsləhət deyil.

Əqrəb - İo və Arielin münasibətləri çox ciddi gün vəd edir. Kollektiv, tərəfdaşlar, yoldaşlar və dostlarla sizi bağlayan planlarda yeniliklər olacaq.

Fantaziyalarla xəyallardan qurtulun, yaxın ətrafınıza diqqətlə baxın. Dönüş zamanıdır. Ətrafdakı insanlarla müqayisədə bəzi nüansları daha tez hiss edirsiniz. Bu isə hansı üstünlüyə malki olduğunuzu anlamağa kömək edəcək.

Gün ərzindəki görüşlər və söhbət mövzuları təsadüfi deyil. Görüş üçün səbəblər qeyri-adi, gözlənilməz ola bilər. Ünsiyyət xoşdur.

Ümumi planlar əsasında münasibətlərin yenilənməsi üçün əlverişli vaxtdır.

Oxatan - Haron və Tritonun münasibətləri şəxsi həyatda sınaq vəd edir. Bu gün istəmədiyiniz işlə məşğul ola bilərsiniz.

Kiminsə nüfuzu və ya tələbkarlığı sizə yaradıcılıq planlarınızı reallaşdırmağa mane olur. Fəqət, hər şeyə rəğmən ucadan etiraz etməyin.

Tələsmədən hərəkət edin, axı sizin üçün mühüm məsələ həll olunur. Status-kvonu qorumaq, fayda verməyən iş və ya layihəni bir kənara qoymayaraq irəliyə doğru hərəkətinizi ləngidə bilərsiniz.

Qeyri-müəyyənlik vəziyyəti çox pisdir. Fərdi təkamül üçün yarımçıq qalmış işləri başa vurun. İki həftədən sonra ciddi probleminiz həllini tapacaq.

Hələliksə yaxınlarınızın sizdən gözlədikləri işləri yerinə yetirin.

Oğlaq - Deymos və Haronun münasibətləri iş ilə şəxsi həyatınızda qayda yaradılmasını tələb edir. Nəyisə yaşamınızdan silib atın, mühüm proseslərə ciddi nəzarət edin.

Evdə qayda yaradın. Yaxınlarınız və ailə üzvlərinizlə münaqişə şəraiti yaratmayın. Çünki indi sizin üçün münasibətlər abstraksiya deyil.

Konkret bir məsələni həll edə bilməyəndə, cavab almayanda və ya münasibətləri ayırd edə bilməyəndə gərginliyə qapılmayın.

Maddi məsələlər xüsusi aktuallıq kəsb edir. Yalnız özünüzə, qüvvə və bacarığınıza güvənin.  Yaxın gələcəkdə yaşamınızı müəyyənləşdirəcək seçim yaxınlaşdır. Diqqətli olun - yaxın ətrafınızdakı insanlarla münasibətlərdə hər şey birmənalı və sadə deyil.

Önəmli söhbət olarsa və ya önəmli təklif alsanız, fikirləşmək üçün vaxt tapın.

Dolça - Saturn və Yupiterin münasibətləri aktiv, qarğaşalı, hərəkətli gün vəd edir. Axınla hərəkət edin, heç nəyi sürətləndirməyin, yerini dəyişməyə çalışmayın.

Sizin üçün kiçik miqyasda olsa da, böyük önəm daşıyan dəyərləri düşünün. Gözəllik, komfort, maddi perspektivlər diqqət mərkəzində olmalıdır. Planlar məhz bu dəyərlərdədir. Miqyas böyüyür, imkanlar daha da artır.

Tənha qalın, strateji məqsədlərinizi, işin məqsədini və münasibətlərin axarını düşünün. Söhbətə ehtiyac varsa, əlverişli şərait yaradın.

Köhnə problemlərin orijinal, qeyri-adi həll yolları yarana bilər.
Xarici görünüşünüzün yaxşılaşdırılmasına çalışın. Səhhətinizə fikir verin.

Sizə neqativ təsir göstərə biləcək insanlardan uzaq durun.

Balıqlar
- Erida və Merkurinin münasibətləri yeniliklər vəd edir. Bu hadisə yaxın ayla bahəm, ilin olayı ola bilər.

Yaxın ətrafınızda yeni insanların hansı ideyalar və ya xəbərlərlə peyda olmalarına fikir verin. Yeniliklər gərəkdir, amma yeni işlərə dərhal, götür-qoy etmədən başlamayın.

Düşünün, baş verənləri fərqli dəyərləndirin, hiss və emosiyalarınızı yaxın bildiyiniz insanlarla bölüşün.
İşi etibar etdiyiniz insanla bölüşsəniz, daha sürətlə irəliləyə bilərsiniz. Çətin olay yaşanarsa, müzakirə və ya məsləhətləşməyə ehtiyac duyulur.

Hər şeyi ağ və qaraya bölməyin. Baş verənlərdən mənfəət əldə etmək olar.
Təşəbbüsünüz müsbət qarşılana bilər. Səhhətiniz və xarici görünüşünüzün qayğısına qalın.

Alış-veriş üçün uğurlu gündür. Parfümeriya da ala bilərsiniz.

Milli.Az