Nyu-Yorkda 2 sərnişin təyyarəsi toqquşdu
9 Mart 2013 21:16
Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Floridaya uçmağa hazırlaşan ABŞ-ın regional avia şirkəti "JetBlue"ya məxsus təyyarə ilə "Air İndia" şirkətinə məxsus sərnişin təyyarəsi toqquşub.
Məlumatda deyilir ki, toqquşma nəticəsində təyyarələr zədə alıb. Floridaya uçmağa hazırlaşan təyyarənin bütün sərnişinləri isə digər təyyarəyə yerləşdirilib.
Hadisə ilə bağlı araşdırmalar aparılır.
"Air İndia" şirkətinin nümayəndələri hələki hadisə ilə bağlı şərh vermir.
Milli.Az