Yeni, konseptual Spyker - FOTOSESSİYA
8 Mart 2013 21:37
Baxmayaraq ki, bu avtomobilin konsept versiyasıdır, o, artıq seriya buraxılışına tam hazırdır və şirkət onu gecikdirmək fikrində deyil. Yeni modelin istehsalı 2014-cü ilin əvvəlində başlayacaq və qiyməti 125-150 min avro olacaq. Avtomobil Avropa, Asiya, Amerika və həmçinin Yaxın Şərq və Hindistanda satılacaq.
Milli.Az 4charx-a istinadən bildirir ki, Spyker B6 Venator unikal kuzova sahibdir və dizaynerlər müasir təyyarələrdən ilham alaraq onu hazırlayıblar. Avtomobilin şassisi alüminiumdan, kuzov panelləri isə karbondan hazırlanıb. 19 düymlük çoxmilli disklər, aerodinamik yük və arxa işıqdiod fənərlər avtomobilə eksklüzivlik verir. Yeni sportkarın salonu yüksək keyfiyətli dəri ilə üzlənib və əl ilə işlənib. Əlavə olaraq çoxlu sayda alüminium detallardan dekor kimi istifadə edilib.
Arxa ötürməli idman avtomobili 375 a.g. hasil edən V6 mühərriklə təchiz edilib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.