Bu da oldu: cəmi 1,5 dollara telefon satılır - FOTO
8 Mart 2013 12:13
Alcatel One Touch 232 telefonu O2 mobil rabitə operatorunun abonentlərinə cəmi 1,5 dollardan satılır.
Milli.Az Gizmodo-a istinadən bildirir ki, 1,5 düymlük rəngli ekrana malik telefonla zəng vurmaq və SMS yollamaqla yanaşı, radioya qulaq asmaq da mümkündür. Telefonda zəngli saat, fənər, kalkulyator və təqvim də var.
Çəkisi 60 qram olan telefonun ölçüləri 106x46x14 mm-dir.
"Hamı bahalı smartfonlardan istifadə etmək istəmir. Milyonlarla insan sadəcə, zəng vurub zəngləri qəbul etməyə, SMS yollamağa imkan verən mobil telefon istəyir", - Alcatel şirkətinin menecerləri bildiriblər.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Fotolar: Solent News