Dubay hamını qabaqladı

25 İyul 2010 17:48
Dubay (BƏƏ) hava limanındakı "Dubai Duty Free" (DDF) rüsumsuz ticarət dükanları 2010-cu ilin əvvəlindən bəri $1,14 milyardlıq ticari əməliyyatlar ediblər. Bu isə dünyanın hava limanlarındakı ticarət operatorları arasında rekord həcmdir.

Beynəlxalq "Generation Research" araşdırma şirkətinin hazırladığı hesabatda bildirilir ki, DDF-in dükanları satış nəticələrinə görə artıq ikinci ildir dünya lideridir. DDF hətta ötən il $1 milyardlıq alver etmiş London "Hitrou"sunu da geri qoyublar.

Sueldakı "İnçhon" beynəlxalq hava limanı üçüncü yeri tutub.

"2009-cu ilin hamı üçün, xüsusilə də sərnişin aviasiyası üçün çox çətin keçdiyini nəzərə alsaq, "Dubai Duty Free"nin dalbadal ikinci il dünya lideri olması bizimçün çox xoşdur", - Dubayın Mülki Aviasiya İdarəsinin prezidenti və "Emirates Airline and Group" korporasiyasının rəhbəri şeyx Əhməd bin Səid əl Məktum bildirib.

Qlobal maliyyə böhranından dolayı ötən il aviasiya sektorunda rüsumçuz ticarətin həcmi 2008-ci illə müqayisədə 6,8% azalaraq $34,5 milyard olub.

/Ekspress/