Ən bahalı ticarət markası hansıdır?
5 Mart 2013 23:12
Brand Finance Canada konsaltinq şirkətinin tərtib etdiyi dünyanın 500 ən bahalı ticarət markası illik reytinqində Apple ticarət markası (87.3 milyard dollar) birinci mövqedə qərarlaşıb.
Milli.Az ICTNews-a istinadən bildirir ki, kanadalı ekspertlərin məlumatına görə, ilk onluq aşağıdakı kimidir:
1. Samsung (58,7 milyard);
2. Google (52,1 milyard);
3. Microsoft (45,5 milyard);
4. Wal-Mart Stores (42,3 milyard);
5. IBM (37,7 milyard);
6. General Electric (37,2 milyard);
7. Amazon internet mağazası (36,8 milyard);
8. Coca-Cola (34,2 milyard);
9. Verizon (30,7 milyard).
Milli.Az