Ona 48 yaş verərsiniz? - FOTO
4 Mart 2013 12:02
Milli.Az TMZ-yə istinadən bildirir ki, üç övlad anası Jasmin 23 yaşlı qızı Amber ilə birlikdə Monsoon brendinin bahar koleksiyasının fotosessiyasına çəkilib.
Fotolarda sanki ana-bala yox, iki bacıdır.
Hindistanın Racastan ştatında çəkilmiş fotosessiyanın müəllifi tanınmış fotoqraf Anders Overqaarddır.
"Cavan qalmağımın sirri yoxdur. Sadəcə, sevdiyin adamla sevilən insan kimi yaşamaq gərəkdir. Paxıllıq etməmək, kiçik uğuru bölüşmək, yardım etmək lazımdır. Belədə, insan gec qocalır", - Jasmin deyib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Fotolar: Anders Overgaard