Çamadanından çıxan hər kəsi şoka saldı…
3 Mart 2013 20:22
Milli.Az Habertürk-ə istinadən bildirir ki, hava limanının işçiləri Burkina-Fasodan olan sərnişinin çamadanından çıxan 100 min quru tırtılı müsadirə ediblər.
Daily Telegraph bildirir ki, təxminən 94 kq ağırlığında olan bu yükü yanında daşıma səbəbinə sərnişin maraqlı açıqlama verib: "Yeyəcəkdim". Bu, təbiidir, Afrikada qurudulmuş tırtıllar ən sevilən yeməklərdəndir.
Ancaq həmin tırtıllar İngiltərədə qida maddələri siyahısında olmadığından müsadirə edilib. İngiltərədə xəstəliklərin yayılmasının qarşısını almaq üçün bazara çıxarılan qida maddələri ciddi yoxlanışdan keçirilir.
Milli.Az