Chrome brauzeri zəifləyir

2 Mart 2013 23:53
Araşdırmaya əsasən, İnternet Explorer brauzerinin payı artmağa davam edir, lakin Chrome-un vəziyyəti o qədər də yaxşı deyil.

Cari ilin fevralına görə, Microsoftun brauzerinin bazar payı 55,82% təşkil edib ki, bu da ötən ayla müqayisədə 0,68 faiz çoxdur.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Firefoxun bazar payı bir ay ərzində 0,18% artaraq 20,12% olub.

Chrome-un payı isə 1,21% azalaraq hazırda 16,27% təşkil edir. Bu, 2011-ci ilin sentyabrından qeydə alınmış ən aşağı göstəricidir.

Milli.Az