Samux rayonunda "Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsinin" zona mərhələsi keçirilib

1 Mart 2013 17:45
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, müsabiqənin məqsədi uşaq və yeniyetmələrin elmi-texniki potensialının üzə çıxarılması, yaradıcılıqlarının inkişaf etdirilməsi üçün stimulların yaradılması və onlar arasında təcrübə mübadiləsinin təşkilidir. Qərb zonası üzrə mərhələdə 1 şəhər və 7 rayon iştirak edib.

Müsabiqə 5 model üzrə - avia, avto, raket, gəmi və radiotexnika modelləri üzrə keçirilib. Şagirdlərin hazırladığı texniki modellər arasında hərbi sənayeyə aid texnika və maşınlar üstünlük təşkil edib. Belə ki, müxtəlif təhsil müəssisələrində təhsil alan şagirdlərin tərbiyə müəssisələrində hazırladıqları hərbi gəmilər, təyyarə və vertolyotlar, yük və piyada maşınları, döyüş maşınları və digər texnikaların modelləri daha böyük marağa səbəb olub.

Milli.Az