Hakerlər bank yardılar
1 Mart 2013 21:14
Anonymous haker qrupu Bank of Americanın yüksəkvəzifəli əməkdaşları haqqında informasiyanı açıq girişdə yerləşdiriblər.
Milli.Az ICTnews-a istinadən bildirir ki, haker qrupu bununla yanaşı, 14 qiqabaytdan çox məlumat dərc edib: onların bəyanatına əsasən, bu məlumatlar Bloomberg, Thomson Reuters daxil olmaqla, bir sıra böyük xəbər agentliklərinin öz istifadəçiləri haqqında fərdi məlumat toplamaqla məşğul olduqlarını sübut edir.
Bank of America və digər təşkilatlar Anonymous haker qrupunun bəyanatına münasibət bildirməkdən imtina ediblər.
Milli.Az