"Moody's" ARDNŞ-nin korporativ istiqrazlarının buraxılışına reytinq verib - YENİLƏNİB
1 Mart 2013 16:06
16:06
"Moody's Investors Service" beynəlxalq reytinq agentliyi Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin (ARNDŞ) 1 milyard dollar həcmində
korporativ istiqrazlarının nəzərdən tutulan buraxılışına Ba1
səviyyəsində ilkin (P) reytinq verib. Reytinq üzrə proqnoz "Sabit"dir.
Bu barədə Trend agentliyin saytına istnadən məlumat verir.
ARDNŞ-nin
istiqrazların yerləşdirilməsindən əldə etdiyi vəsait mövcud borcun
təkrar maliyyələşdirilməsi və istehsal, emal və enerji resurslarının
nəqli üzrə əməliyyatların maliyyələşdirilməsi daxil olmaqla, ümumi
korporativ məqsədlər üçün istifadə olunacaq.
Bu reytinq şirkətin
məcmu kapitalının strukturunda həmin buraxılışın digər borclarla eyni
təsnifatını əks etdirərək ARDNŞ-nin korporativ reytinqinə müvafiqdir.
İstiqrazlar
öz aralarında və maksimum ARDNŞ-nin digər mövcud və gələcək təmin
edilməmiş öhdəliklərinin ödənişi hüququ zamanı bərabər qiymətə təyin
ediləcək.
İstiqraz sahibləri xalis gəlirin bölüşdürülməsi və
aktivlərin sərəncamına görə məhdudiyyət, həmçinin minimum kapitalı
dəstəkləmək tələbi kimi borcun təmin edilməsi üzrə standart kovenantlar
əldə edəcək.
---------
14:55
"Moody Investors Service" beynəlxalq reytinq agentliyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARNDŞ) 1 milyard dollar həcmində korporativ istiqrazlarının nəzərdə tutulan buraxılışına Ba1 səviyyəsində ilkin (P) reytinq verib. Reytinq üzrə proqnoz "Sabit"dir. Bu barədə Trend cümə günü agentliyin saytına istnadən məlumat verir.
ARDNŞ-nin istiqrazların yerləşdirilməsindən əldə etdiyi vəsait mövcud borcun təkrar maliyyələşdirilməsi və istehsal, emal və enerji resurslarının nəqli üzrə əməliyyatların maliyyələşdirilməsi daxil olmaqla, ümumi korporativ məqsədlər üçün istifadə olunacaq.
Milli.Az