Ən varlı məmur arvadları

23 İyul 2010 16:32
Milli.Az xəbər portalının məlumatına görə, "Vedomosti" tərəfindən müəyyənləşdirilmiş reytinqə Moskva meri Yuri Lujkovun xanımı Yelena Baturina başçılıq edir. 2009-cu ildə o, 30,9 milyard rubl (təxminən 1 milyard dollar) qazanıb. Bunun 28 milyardı "Qazprom", Sberbank və "Rosneft" səhmlərinin satışından, həmçinin Moskvanın qərbindəki torpaq sahəsinin satışından əldə edilib. Bu dövrdə Lujkovun gəliri cəmi 8 milyon rubl olub.

Siyahıda ikinci pilləni "Vahid Rusiya" partiyasının üzvü Nikolay Olşanskinin xanımı Raisa tutur - 996 milyon rubl (təxminən 32 milyon dollar). Raisa sahibkardır.
3-cü pillənin sahibi ötən il 692,5 milyon rubl (22,7 milyon dollar) qazanmış Olqadır. O, Dövlət Dumasının deputatı Vladimir Qruzdevin həyat yoldaşıdır. Olqa bizneslə məşğuldur.

Milli.Az