Azərbaycan və Kamerun Milli Olimpiya Komitələri arasında əməkdaşlıq müqaviləsi imzalanıb
1 Mart 2013 12:48
Xəbər verildiyi kimi, Beynəlxalq Hərbi İdman Şurasının, Kamerun Milli Olimpiya və İdman Komitəsinin prezidenti Hamad Kalkaba Malbum Azərbaycanda səfərdədir.
AzərTAc xəbər verir ki, H.Kalkaba martın 1-də MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşmüş və görüşdən sonra hər iki ölkənin Milli Olimpiya Komitələri arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.
Müqavilənin imzalanması mərasimindən sonra yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirilmişdir.
Milli.Az