Citroenin yeniliyi var - FOTO

28 Fevral 2013 21:37
Citroen şirkəti debütü gələn həftə Cenevrə avtosalonunda nəzərdə tutulan DS4 Electro Shot xüsusi versiyasının ilk şəkillərini şıq heçbek həvəskarları ilə bölüşüb.

Milli.Az 4charx-a istinadən bildirir ki, eksklüziv modifikasiya eksteryeri onu sıradan olan modellərdən fərqləndirən fərdi, interyeri isə daha bahalı materiallarla işlənmiş tərtibata sahibdir. Bundan başqa Citroen DS4 Electro Shot daha zəngin baza komplektasiyası ilə fərqlənir. Yeni modelin satışları onun dünya premyerasından dərhal sonra başlayacaq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.