Beynəlxalq Hərbi İdman Şurasının, Kamerun Milli Olimpiya və İdman Komitəsinin prezidenti Bakıdadır

27 Fevral 2013 13:33
Beynəlxalq Hərbi İdman Şurasının, Kamerun Milli Olimpiya və İdman Komitəsinin prezidenti Hamad Kalkaba Malbum Azərbaycanda səfərdədir.

Milli Olimpiya Komitəsindən (MOK) AzərTAc-a bildirmişlər ki, bir sıra hərbi sahədə fəaliyyət göstərən dövlət və qeyri-hökumət təşkilatları ilə görüşü planlaşdırılan H.Kalkaba martın 1-də MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşəcək və görüşdən sonra hər iki ölkənin Milli Olimpiya Komitələri arasında əməkdaşlıq müqaviləsi imzalanacaqdır.

Müqavilənin imzalanması mərasimindən sonra yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı təşkil ediləcəkdir.

Milli.Az