Ümidsiz qadınlar bu telekanala gedir

27 Fevral 2013 15:14
Milli.Az AHT-yə istinadən bildirir ki, ABŞ-da göstərilən, "Disney" studiyasının hazırladığı məşhur "Desperate Housewives" serialının Türkiyəyə uyğunlaşdırılmış variantı olan "Umutsuz Ev Kadınları"nı çəkən "Medyapım" studiyasının qərarına görə, serial bundan sonra Fox TV telekanalında göstəriləcək.

Baş rollarda Songül Öden, Ceyda Düvenci, Bennu Yıldırımlar, Özge ÖzderEvrim Solmazın oynadıqları serialın Kanal D-də çox gec saatlarda göstərilməsi "Medyapım" ilə yanaşı, serialın pərəstişkarlarını da çox sinirləndirirdi.

"Medyapım"ın sahibi Fatih Aksoyun dediyinə görə, martdan etibarın "Umutsuz Ev Kadınları" Fox TV-də olacaq.

Milli.Az