HSBC dünyada ən bahalı brendə malikdir

3 Fevral 2010 12:57
"İqtisadi forum" jurnalının məlumatına görə, "The Banker" jurnalı və "Brand Finance" konsaltinq şirkəti 2009-cu il üzrə dünyanın ən bahalı 500 bank brendinin reytinq cədvəlini tərtib edib.

Reytinq cədvəlinin lideri statusuna artıq üçüncü dəfədir ki, Britaniyanın HSBC bankı yiyəlik edir. Bankın brendi $28,47 milyard qiymətləndirilir.

Növbəti yerləri Bank of Amerika və Santander tutur. Bu bankların ticarət nişanlarının dəyəri uyğun olaraq $26,05 milyard və $25,6 milyarddır.

Rusiyanın Mərkəzi Bankı ilk dəfə top-20-yə düşüb. $11,73 milyard dəyərində brendə malik bank bu dəfə 15-ci yerə yüksəlib. Halbuki rus bankı ötən il cəmisi $4,5 milyard dəyərlə 26-cı yeri tutub.

Brand Finance analitikləri bankların bazar kapitallaşmasının dinamikasını, onun əsas əməliyyatlar üzrə maliyyə göstəricilərini qiymətləndirirlər, o cümlədən bankın xüsusiyyətini, əsas bazarlarını, istehlakçıların ticarət nişanına münasibətini, onun bazar payını və gəlirliyini nəzərə almaqla yaxın 5 il üçün proqnoz tərtib edirlər.

Milli.Az