Wikipedia smartfonlara "gəldi"
26 Fevral 2013 18:25
Layihə üzərində aparılan işlər bir neçə ay ərzində yekunlaşacaq. Bu barədə layihənin sponsoru The Knight Foundation təşkilatının saytında yazılıb.
Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni layihəyə əsasən, mobil telefon istifadəçiləri SMS və ya USSD xidmətləri vasitəsilə göndərdikləri sorğulara müvafiq məqalənin mətnini cavab olaraq əldə edəcəklər. Xidmətin hazırlanmasına sponsorluq edən The Knight Foundation qeyri-kommersiya təşkilatı 600 min dollar həcmində qrant ayırıb.
Layihə, ilk növbədə, inkişaf etməkdə olan ölkələr üçün nəzərdə tutulub, çünki həmin ölkələrdə internetə çıxış imkanı hələ də problemlidir. The Knight Foundation təşkilatının saytında yazılan məlumata əsasən, Vikipediyaya mobil internetlə daxil olan 25 ölkədən 22-si inkişaf etməkdə olan ölkələrdir. İlk səkkizlikdə Afrika dövlətləri qərarlaşıb.
Milli.Az