Maybach-ın varisi var
26 Fevral 2013 20:38
Beləliklə, alman markasının təkcə istehsala buraxılış tarixi deyil, həm də minik flaqmanının komplektasiyasının bəzi nüansları məlum oldu.
Gələcək yeniliyin dizaynı "təkamül" adlandırılıb. "S-klass"-ın xarici görünüşündə radikal dəyişikliklər gözləmək lazım deyil. Banın rəngini 11 çalardan seçmək olar (üç tamamilə yeni çalar daxil olmaqla). Salonu isə müxtəlif ağac və dəri növləri ilə bəzəmək nəzərdə tutulur. "AMG"-variantı üçün əlverişli bəzək variantları siyahısına karbon daxil olacaq. Avadanlıqlara gəldikdə isə sedan yeni interfeysli, iki 12,3-düymlük displeyi və "Audi"-də istifadə olunan taçpədə oxşar sensorlu taçpədi olan "Comand" multimediya sistemi əldə edəcək. "S-klass" üçün seçim kimi "Mercedes"-də 10 mövqedən tənzim olunan arxa oturacaqlar, damın panoramlı şüşələnməsi və salonun ionlaşdırılması və havasının aromatizasiyası sistemi təklif olunacaq. Bundan başqa, "S-klass"-da mərhum "Maybach"-ın arxa divanın mərkəzi konsolunda gizlənən arxa sərnişinlər üçün açılan stol kimi bəzi seçimləri tətbiq oluna bilər.
Milli.Az Auto.az-a istinadən bildirir ki, sedanın yeni nəsli aktiv təhlükəsizliyin qabaqcıl kompleksini əldə edəcək. Bu kompleksə həm insanlara, həm də yola çxan heyvanlara reaksiya verməyi bacaran, yeni gecə görünüşü sistemi daxildir. Onun sedanın əyləcini tam dayanana qədər müstəqil idarəetməyə qadir olduğuna söz verilir. Əvvəl aktiv təhlükəsizlik kəmərləri və ölü zonaları aktiv izləmə sistemi haqqında da məlumat verilmidi. Yeni "S-klass"-da "Magic Body Control" adlanan yeni asılqanı idarəetmə sistemi də debüt edir. O "Active Body Control" sisteminin təkamül inkişafıdır və xüsusi izləyən kamera vasitəsilə yol şəraitinin dəyişilməsini əvvəlcədən duymaq imkanı əldə edib. Beləliklə avtomobil asılqanını əvvəlcədən örtüyün xüsusiyyətlərinə uyğunlaşdıra biləcək.
Nəhayət ən maraqlısı - yenilik nə vaxt satışa çıxarılacaq. Yayılan sənədə əsasən "Mercedes-Benz S-klass"-ın yeni nəslinin istehsalı avqustda başlayacaq, dilerlərin şou-rumlarında isə avtomobil sentyabrda meydana gələcək. Ən bahalı modifikasiyalar olan "S500 4Matic" və "S63 AMG 4Matic" startdan bir neçə ay sonra əlverişli olacaq. Flaqman sedanının təqdimat mərasimi isə mayın 15-də Almaniyada özəl tədbirdə keçiriləcək.
Milli.Az