İnvestorlar avrodan imtina edir
3 Fevral 2010 13:01
"İqtisadi forum" jurnalının məlumatına görə, bu barədə Bloomberg agentliyi xəbər verir.
Beynəlxalq Valyuta Fondunun məlumatına görə, mərkəzi bankların ehtiyatlarında avro nominalında olan vəsaitlərin artım tempi ötən ilin III rübündə 12%-dən 6%-ə ($1,23 trilyona qədər) düşüb.
Analitiklərin fikrincə, mərkəzi banklar tərəfindən avroya tələbatın azalması bazar iştirakçılarına da təsirini göstərib. UBS bankının hesablamalarına görə, Avropa fond bazarlarından vəsaitlərin axını 19 həftə ərzində $13 milyard təşkil edib.
"VTB kapital"ın mütəxəssisi Nil Makkinnon hesab edir ki, bir sıra ölkələrin müflisləşmək təhlükəsi avronun məzənnəsini risk altında saxlayır. "Yunanıstanda baş verənlər avronun məzənnəsi üçün təhlükədir. Bu problemin həlli yolu və kimin riskə cavabdeh olacağı məlum deyil", - deyən A.T.Kearney fondunun eksperti Martin Uokerin fikrincə, avronun məzənnəsi bütün bunların həllindən asılıdır.
Nobel mükafatı laureatı Nuriel Rubini Davosda keçirilən iqtisadi forum zamanı Yunanıstan və Portuqaliya büdcələrinin avrozonanın dağılması üçün real təhlükə olduğunu açıqlamışdı.
Son 3 həftədə Bloomberg sistemində avronun indeksi (dollar, funt, iyena, İsveçrə frankı və İsveç kronuna qarşı dinamikanı göstərir) 3% ucuzlaşıb ki, bu da il ərzində ən pis göstəricidir.
Milli.Az