Gəncə Dövlət Dram Teatrında Xocalı soyqırımı ilə əlaqədar tamaşa nümayiş olundu
26 Fevral 2013 13:19
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, səhnə əsərində ötən əsrin 90-cı illərinin əvvəlində rus və ermənilərin xalqımızın başına gətirdiyi hadisələrdən bəhs edilir.
Qeyd edək ki, tamaşa sintez tamaşadır. Burada həmçinin müəyyən tarixi görüntülərlə yanaşı, aktyorların canlı ifası da var.
Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov: "Gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi, onların vətənə, torpağa, yurda bağlılığı və indiyədək olan unutqanlığı aradan qaldırmaq, gələcək nəslin hər birinin qəlbində vətənə, torpağa məhəbbət oyatmaq məqsədi ilə bu tamaşanı təqdim edirik".
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Vaqif Şərifovdur. Burada xalq artisti Pərvanə Qurbanova, istedadlı artistlər Elxan Abbasov, Yusif Cəfərov, Sevda Orucova əsas rolları canlandırırlar. Teatrın bəzi aktyorları isə epizodik obrazları ifa edirlər.
Milli.Az