Gün var, əsrə bərabər: Ötənləri yada salaq
26 Fevral 2013 09:09
Miladi: 26 fevral 2013
Hicri: 16 Rəbiulaxir 1434
İlin 57-ci günü
İlin sonuna 308 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 06.12
Günəş - 07.22
Zöhr - 12.57
Əsr - 16.24
Məğrib - 18.39
İşa - 19.56
1797 - İngiltərə Bankı ilk funt sterlinqi tədavülə buraxıb.
1802 - Fransız yazıçı Viktor Hüqo anadan olub.
1815 - Napoleon Bonapart Elba adasından qaçıb.
1829 - "Mavi cins"in ixtiraçısı Oskar Levi Strauss anadan olub.
1870 - Nyu-York metrosu işə düşüb.
1905 - Qafqaz canişinliyi bərpa edilib.
1926 - Bakıda I Türkoloji qurultay işə başlayıb.
1936 - Hitler Volfsburqda "Volkswagen" zavodunu təntənəli surətdə açıb.
1952 - Baş nazir Uinston Çörçil Böyük Britaniyanın atom bombasını istehsal etdiyini və sınaqların Avstraliya səhrasında keçiriləcəyini elan edib.
1954 - Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan anadan olub.
1959 - Bəstəkar jurnalist Rauf Məmmədov anadan olub.
1991 - Səddam Hüseyn Bağdad radiosu vasitəsilə İraq ordusunun Küveytdən çəkildiyini bildirib.
1992 - Ermənilər sovet ordusunun 366-cı alayı ilə birgə Xocalıda qırğın törədiblər.
1992 - Azərbaycanın Milli Qəhrəmanı, Xocalı aeroportunun rəisi Əlif Hacıyev şəhid olub.
1992 - Azərbaycanın Milli Qəhrəmanı Ələsgər Novruzov şəhid olub.
1992 - Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynov şəhid olub.
1992 - Azərbaycanın Milli Qəhrəmanı Natiq Əhmədov şəhid olub.
1992 - Azərbaycan Respublikası Banqladeş ilə diplomatik əlaqələr qurmuşdur.
1993 - Nyu-Yorkda yerləşən "World Trade Center"in altındakı avtoparkda bir yük maşınında baş verən partlayış nəticəsində 6 nəfər həlak olub, mindən çox adam yaralanıb.
1998 - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Yaponiyanın "MİTSUİ" Neft Şirkəti arasında pay bölgüsü haqqında Saziş imzalanıb.
2001 - Taliblər Əfqanıstanın Bamyan kəndindəki Budda heykəllərini məhv ediblər. Bu hadisə böyük diplomatik böhran yaradıb.
2003 - Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında "Şəxslərin Beynəlxalq Cinayət Məhkəməsinə təsliminə dair Saziş" imzalanıb.
2004 - Boris Trajovski, Makedoniyanın prezidenti, Bosniya-Hersoqovinada təyyarə qəzası nəticəsində həlak olub.
2004 - ABŞ öz vətəndaşlarına 23 ildən bəri davam edən Liviyaya səyahət qadağasını ləğv edib.
Milli.Az