Firefox ilə işləyən ilk smartfon hazırdır
25 Fevral 2013 22:39
Qurğu Open adlandırılıb və 2013-cü ilin yayında satışa çıxarılacaq. Jurnalistlərin sözlərinə görə, model hələ ki, funksionallığına görə ağıllı telefonu deyil, birinci nəsil iPhone-u xatırladır.
Milli.Az ICTnews-a istinadən bildirir ki, ZTE Open cihazı 480×320 piksel təsvir ölçüsünə malik 3,5 düymlü ekran, birnüvəli Qualcomm MSM7225A çipi, 256 MB əməli yaddaş və 512 MB daxili yaddaş, 3,2 meqapiksel təsvir ölçüsünə malik kamera, həmçinin 1200 milliamper/saat tutumuna malik akkumulyator təchiz edilib. Həmçinin Wi-Fi, Bluetooth və GPS modulları mövcuddur.
Məlumat üçün bildirək ki, Mozilla şirkətinin brauzer əməliyyat sistemi HTML5, JavaScript və CSS3 texnologiyalarından istifadə nəticəsində hazırlanıb. Platforma veb-tətbiqlərlə işləmək üçün nəzərdə tutulub.
Milli.Az