Tanış olun: yenilənmiş Citroen C3

25 Fevral 2013 07:41
Milli.Az Auto.az-a istinadən bildirir ki, 2002-ci ildə "S3" modelinin istehsalına başlandıqdan sonra "Citroen" şirkəti 3 milyondan çox hetçbek sata bildi. Fransızların populyar modeli məruz qoymaq istədikləri yenilik mühüm deyil və əsasən mühərrik qammasının genişləndirilməsindən ibarətdir.

Eksteryerə gəldikdə isə hetç yeni optika, modernləşdirilmiş bamperlər və böyüdülmüş "ikiqat şevron" əldə edəcək. Bundan başqa banın rəng qamması daha bir rənglə tamamlandı.

"Citroen C3"-ün interyeri yeni bəzək materialları və şəklidəyişmiş cihaz paneli ilə fərqlənir. Fransızlar iddia edirlər ki, yeni panellə göstəricilərin sayılması daha asan baş verir.

Restaylınqdən sonra hetçbek üçün "Peugeot 208"-ə də quraşdırılan "PureTech" ailəsinin yeni mühərrikləri əlverişli olacaq. Söhbət müvafiq olaraq 1,0 və 1,2 litrlik üçsilindrli VTi 68 və VTi 82-dən gedir.

Markalanmadan da aydın olduğu kimi bu mühərrikləri 68 və 82 a.g. sürətləndirir və kifayət qədər aşağı "iştaha" ilə fərqlənir. "Citroen"-də bildirirlər ki, yeni güc qurğuları onların dördsilindrli sələflərindən fərqli olaraq gücün 15-faiz artırılması zamanı ¼ qədər az yanacaq istifadə edir.

Onları 5-pilləli "mexanika" və 4-diapazonlu "avtomat"-la aqreqatlaşdırmaq nəzərdə tutulur. Yenilənmiş "Citroen C3" bu ilin aprelində satışa buraxılacaq.

Milli.Az