Zənbilin içində küçəyə atılmış körpəni it xilas etdi - VİDEO

22 Fevral 2013 18:40
Milli.Az-ın Day.Az saytına istinadən məlumatına görə, qadın Walmart supermarketinə məxsus zənbilin içində yeni doğulmuş körpə görüb. Hələ göbəkbağı da çəkilməmiş körpə sağ qalıbmış.

Polis serjantı Qordon Trott bildirib ki, uşağın tapılmasında itin xidməti olub. O, iy hiss edərək sahibini həmin zənbilə tərəf aparıb. İtin sahibi birinci düşünüb ki, kimsə ölü heyvan cəsədini küçəyə atıb, lakin zənbilə baxanda yeni doğulmuş körpəni görüb.

Polisin sözlərinə görə, aşkar olunan vaxt körpə çılpaq olub, lakin bədəninin temperaturu normada olub. Bu isə o deməkdir ki, küçədə çox vaxt keçirməyib.

Polis hazırda onu atan qadını axtarır.

Milli.Az


Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.